AZ

Rəqəmsal texnologiyaların tətbiqi Orta Dəhlizin inkişafına təkan verə bilər - Mamanbiy Omarov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Rəqəmsal texnologiyaların tətbiqi Orta Dəhlizin inkişafına təkanverə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın nəqliyyatnazirinin birinci müavini Mamanbiy Omarov deyib.

Orta Dəhlizin rəqəmsal transformasiyası

M.Omarov Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrəməlumat və sənəd mübadiləsində rəqəmsal transformasiyanın zamanıntələbi olduğunu və dəhlizin inkişafına güclü təkan verə biləcəyiniqeyd edib.

"Rəqəmsal transformasiya gömrük rəsmiləşdirməsi, yüklərinizlənilməsi, yerlərinin monitorinqi və nəqliyyat marşrutununinfrastrukturunun idarə olunmasına kömək göstərə bilər. Bu, eynizamanda, ləngimələri qısalda və yük daşımalarının ümumieffektivliyini yaxşılaşdıra bilər. Rəqəmsal məlumat mübadiləsinintətbiqinin mühüm stimulları yüklərin izlənməsinin təhlükəsiz vəşəffaf sistemlərinin, eləcə də, dəhliz iştirakçıları arasındaqanuni məlumat mübadiləsinin təmin olunmasıdır", - o deyib.

M.Omarov bu sistemin tətbiqinin uğurlu nümunəsi olaraqÖzbəkistanla Türkiyə arasında tətbiq olunan "E-PERMIT" elektronsistemini, eləcə də, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimiölkələrlə tətbiq olunan "E-TIR" elektron kitabçasının tətbiqinimisal çəkib.

"Beləliklə, 17 noyabr 2020-ci ildə Özbəkistan və Qazaxıstanarasında elektron təminatların tətbiq olunduğu (E-TIR) ilk pilotavtomobil daşımaları baş tutub. Sonrakı analoji daşınmalarÖzbəkistanla Tacikistan arasında, 2022-ci ilin mart ayında isəQırğızıstan Respublikası ilə sınaqdan keçirilib.

Bundan başqa, 2022-ci ilin dekabr ayında Özbəkistanla Azərbaycanarasında Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyasının 11-ciəlavəsinə uyğun olaraq dünyada "E-TIR" sistemi üzrə ilk daşınmalarhəyata keçirilib. Beləliklə, Özbəkistanın aparıcı elektron BYDvasitələrinin tam və sürətli tətbiqinə və onların əsasında mütəmadifəaliyyətə keçidə tam hazırlığı təsdiqlənib. Bu ilin avqust ayının22-də Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi ilə AzərbaycanRespublikasının Nəqliyyat Nazirliyi arasında "е-Рermit" informasiyasisteminin tətbiqi üzrə əməkdaşlıq haqqında Protokol imzalanıb", -deyə Omarov bildirib.

O, avtomobil daşınmalarının sadələşdirilməsi məqsədilə elektronməlumat mübadiləsinə keçidin xüsusən dənizə çıxışı olmayan MərkəziAsiya ölkələri üçün vacib olduğunu, dəniz limanlarına və dünyabazarlarına çıxış imkanının yaxşılaşdırılması üçün quru yollarınıninkişafına imkan verdiyini qeyd edib.

Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılmasıimkanı

M.Omarov son illər ərzində Transxəzər Beynəlxalq NəqliyyatMarşrutunun (TBNM) bütün dünya ictimaiyyətinin diqqət mərkəzindəolduğunu qeyd edib.

"Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2023-cü ilin iyunayında "Mərkəzi Asiya - Avropa İttifaqı" liderlərinin görüşündəçıxışında Mərkəzi Asiya və Avropanın nəqliyyat-kommunikasiyaəlaqələrinin inkişafı məqsədilə, ölkələrin ilk növbədə Orta Dəhliziformalaşdırmaqla səylərinin birləşdirilməsinin əhəmiyyətinivurğulayıb.

Buuna baxmayaraq, çatdırılma müddəti, daşımaların yüksəkqiyməti, marşrutun ötürücülk imkanlarının məhdudluğu ilə bağlıproblemlər, eləcə də, Xəzər dənizinin dayazlaşması ilə bağlı qlobalproblem mövcuddur", - deyə o açıqlayıb.

M.Omarov əlavə edib ki, 2022-ci ildə yük daşımalarının həcmi ikidəfədən çox artaraq, təqribən 1 milyon ton təşkil edirdisə, bu ilin9 ayı ərzində təəssüf ki, bu göstərici 22 faiz azalaraq, 500 mintonu azca ötüb.

Qeyd olunan problemlərin aradan qaldırılması üzrə tədbirlərqismində o aşağıdakı tədbirləri sadalayıb:

- Dəhlizin potensialından birgə istifadə mexanizmininhazırlanması, eləcə də, region və Avropa İttifaqı ölkələrininnəqliyyat idarələrinin nümayəndələrinin mütəmadi görüşlərinintəşkili;

- infrastrukturun ötürücülük imkanlarının, eləcə də Xəzərdənizində dəniz gəmilərinin sayının artırılması üzrə səylər;

- bütün marşrut boyu çevik tarif siyasətindən istifadə;

- Xəzər dənizinin sahil limanlarında dib dərinləşdirmə işlərininkeçirilməsi üzrə fəaliyyətin gücləndirilməsi;

- malların və müşayiətedici sənədlərin gömrük rəsmiləşdirməsiprosedurlarının "E-Permit", "E-TIR" və "E-Transit" kimi rəqəmsaltətbiqinin sürətləndirilməsi.

Orta Dəhlizin ötürücülük imkanlarınınartırılması

Orta Dəhlizin ötürücülük imkanlarının artırılması imkanındandanışan M.Omarov əlavə quru yolunun inkişafı və TBNM-ə "CənubiAsiya ölkələrinin (Hindistan, Pakistan) - Əfqanıstan - Özbəkistan -Azərbaycan - Gürcüstan - Türkiyə - Aİ" istiqamətinin qoşulması iləCənubi Asiya ölkələrindən Aİ-dək bu istiqamətdə yüklərin çatdırılmamüddətinin hazırki dəniz daşımaları ilə müqayisədə 2-3 dəfəqısalacağını qeyd edib.

"Müvafiq olaraq, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması,marşrutların optimallaşdırılması, o cümlədən tarifpreferensiyalarının təmin olunması üzrə əlverişli şəraitin təminolunması, daşıma sənədinin unifikasiyası üzrə rəqəmsal həllərin vədigər tədbirlərin tətbiqi çatdırılma müddətini və malların dəyəribaxımından nəqliyyat xərclərininin payını əhəmiyyətli dərəcədəazalda bilər.

Bu isə öz növbəsində ticarətin inkişafına təkan verə vəölkələrin iqtisadiyyatına əlverişli təsir göstərə bilər. Lakin buməqsədlərə nail olmaq üçün maşrutun keçdiyi bütün ölkələrin fəaləməkdaşlığı lazımdır", - o deyib.

Bundan başqa, M.Omarov bu gün Özbəkistanın "Şimal-Cənub" və"Şərq-Qərb" kimi iki böyük ticarət marşrutlarının kəsişməsindəəlavə yeni alternativ dəhlizlərin formalaşdırılması üzrə aktivsiyasət yeritdiyini vurğulayıb.

Hind okeanı limanlarına çıxışa malik olan "Özbəkistan"Belarus-Rusiya-Özbəkistan-Əfqanıstan-Pakistan" yeni multimodalnəqliyyat dəhlizi ilə yük daşımalarının təşkili üzrə təşəbbüsü fəalşəkildə təşviq edir.

MDB ölkələrinin dəmir yolu stansiyalarından Əfqanıstana, dahasonra isə Əfqanıstan ərazisi ilə avtomobil nəqliyyatı ilə Pakistanavə Hind okeanının limanlarına çıxışla qarışıq nəqliyyata növləriilə daşımaların həyata keçirilməsi nəzərdə tutulur", - deyə obildirib.

M.Omarov bu gün dünyanın əsas limanlarında böyük yüklənməninmüşahidə olunduğunu və bununla əlaqədar olaraq yüklərin realçatdırılma müddətinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

"Müvafiq olaraq, marşrutların dəniz nəqliyyat növündən quru -dəmir yolu və avtomobil - nəqliyyatına yönləndirərək, yenialternativ multimodal quru nəqliyyat dəhlizlərinin inkişafetdirilməsi üzrə böyük potensial mövcuddur", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlədəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi vəQara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əksistiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya ortahesabla 20-25 gün ərzində çatdırır və bu, qeyd olunan nəqliyyatdəhlizinin əsas üstünlüklərindən biridir.

"Çin - Qırğızıstan - Özbəkistan" və "Özbəkistan -Əfqanıstan - Pakistan" dəmir yollarının inkişafı

Digər perspektiv yol layihələrindən danışan Omarov MərkəziAsiya, Qafqaz, Avropa və Asiya ölkələrinin nəqliyyat sisteminininkişafında böyük təkanverici qüvvəyə çevrilə biləcək layihələrinolduğunu qeyd edib.

"Bu cür layihələrin reallaşdırılmasının parlaq nümunələri olaraqÇin - Qırğızıstan - Özbəkistan dəmir yolunun tikintisini, eləcə də,Özbəkistanın irəli sürdüyü "Pakistan - Əfqanıstan - Özbəkistan"dəmir yolu xəttinin tikintisi üzrə layihəni göstərmək olar. Budəhlizin potensialının təhlili "Çin - Qırğızıstan - Özbəkistan"dəmir yolu xəttinin regionları bir dəmir yolu şəbəkəsi iləbirləşdirməklə bir neçə müsbət aspektə malik olduğunu göstərir, - odeyib.

Omarov bu layihələrin üstünlüklərindən biri olaraq Çin vəAvropanı "Asiya - Sakit Okean ölkələri - Çin - Qırğızıstan -Özbəkistan - Türkmənistan - Azərbaycan - Türkiyə - Aİ ölkələri"marşrutu üzrə birləşdirən alternativ dəhlizlərin yaranma imkanınıqeyd edib.

"İkincisi, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan,İran, Əfqanıstanın Çin və Asiya - Sakit Okean ölkələri iləixrac-idxal əlaqələrinin inkişafı üçün alternativ dəhlizyaranır.

Üçüncüsü, Özbəkistan-Əfqanıstan - Pakistan dəmir yolu xəttinintikintisi üzrə layihəni həyata keçirdikdə, həmçinin, ən çox əhaliyəmalik ölkələr olan Hindistanla Çini Cənubi Asiya ölkələri(Hindistan-Pakistan) - Əfqanıstan - Özbəkistan - Qırğızıstan - Çin"marşrutu üzrə əlaqələndirmək imkanı yaranır", - o deyib.

M.Omarov qeyd olunan layihələrin inkişafının Mərkəzi Asiyaregionu ölkələrinin, o cümlədən, Özbəkistanın tranzit potensialınınartmasına və Hindistan - Pakistan - Əfqanıstan - Özbəkistan -Qazaxıstan - Azərbaycan- Gürcüstan/Türkiyə - Avropa İttifaqıistiqamətində yeni multimodal nəqliyyat-tranzit rəqəmsaldəhlizlərinin formalaşmasına səbəb olacağını deyib.

"Özbəkistan perspektivdə Şimal-Cənub və Şərq-Qərbistiqamətlərinin kəsişmə nöqtəsi ola bilər. Bu zaman ölkə ərazisivə bütünlükdə Mərkəzi Asiya vahid böyük logistika habı - dünyaəhəmiyyətli bazar olaraq nəzərdən keçiriləcək

Yaxın perspektivdə nəqliyyat sahəsinin inkişafı və dəmir vəavtomobil yollarının dünya şəbəkəsinə inteqrasiya üzrə düzgünstrategiya qurmaqla nəqliyyat sahəsində əsas göstəricilər əldəolunacaq ki, bu da yük dövriyyəsinin potensial artımına, yüklərinsürətli çatdırılmasına, tranzit yüklərinin həcminin və sərnişindövriyyəsinin, həmçinin, tranzit yüklərinin axınının artmasınasəbəb olacaq. Bu isə öz növbəsində Mərkəzi Asiya regionununcəlbediciliyinin və regiondakı nəqliyyat marşrutlarının rəqabətqabiliyyətinin yüksəlməsi ilə nəticələnəcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
130
7
az.trend.az

10Mənbələr