AZ

Dünya Bankı Orta Dəhlizin potensialının inkişafına kömək göstərməyə hazırdır - Regional direktor

Bakı. Trend:

Dünya Bankı Orta Dəhliz boyu yerləşən bütün ölkələrə bumarşrutun imkanlarının inkişafında kömək göstərməyə hazırdır.

Bu barədə Trend-ə özəl müsahibəsində Dünya Bankının CənubiQafqaz üzrə regional direktoru Roland Prays deyib.

"2030-cu ilədək düzgün investisiyalar və siyasi islahatlarla budəhliz vasitəsilə ticarətin həcmini üçqat artırmaq, müddəti isəikiqat azaltmaq potensialı mövcuddur. Əvvəllər fasiləsiz Şimalmarşrutu səbəbindən Orta Dəhliz bu qədər maraqlı deyildi. Lakinhazırkı geosiyasəti nəzərə aldıqda bu marşrut daha cəlbedicidir,lakin onun, həqiqətən, işlək olması üçün investisiyalar və siyasiislahatlar sahəsində işlər görmək lazımdır",- deyə o qeyd edib.

Prays Dünya Bankının ilk addım olaraq təhlil apardığını vənəticədə, Orta Dəhliz çərçivəsində əsas subyektlər kimi Azərbaycan,Qazaxıstan və Gürcüstana həsr olunmuş hesabat dərc etdiyinivurğulayıb.

"Dəhliz vasitəsilə tədarükləri bir böyük ölkə daxilindəki kimimüntəzəm etmək üçün konkret tədbirlər müəyyənləşdiririk. İlk addımabütün dəhliz boyu logistika həllərinin idarə olunması daxildir.Daşınmalar indiki kimi dağınıq olmamalıdır. Hazırda yüklər dəmiryolu ilə Azərbaycan ərazisindən keçdikdən sonra Gürcüstansərhədində dayanır. Bu, nəqliyyatın növündən asılı olmayaraq,müntəzəm səyahət kimi hiss olunmalıdır, sanki sürət yolu iləhərəkət edirsiniz", - deyə o əlavə edib.

Qeyd edək ki, Dünya Bankı Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu (TBNM) və ya Orta Dəhliz adlanan marşrutla daşımalarınhəcminin 2030-cu ilədək üçqat artacağını proqnozlaşdırır. XüsusənXəzər dənizi vasitəsilə yük daşımalarının həcminin 11 milyonaçatacağı gözlənilir ki, bu da hazırkı göstəricilərlə müqayisədə 209faiz çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
125
45
az.trend.az

10Mənbələr