AZ

"Qarabağ"ın futbolçusu Rusiya klublarının diqqətində

"Qarabağ"ın futbolçusu Leandro Andrade Rusiya klublarının maraq dairəsinə düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə futbolçunun agenti Uqo Kadjuda Rusiyanın "Sport24" saytına açıqlamasında bildirib.

Belə ki, yarımmüdafiəçinin xidmətində "Rubin" və "Krasnodar" maraqlıdır.

Futbolçunun agneti bildirib ki, "Rubin" Andradeyə görə "Qarabağ"a 1.5 milyon avro ödəməyə hazırdır. 

Azərbaycan təmsilçisinin rəsmisi "Sport24"ə açıqlamasında Andrade ilə bağlı rəsmi təklif olmadığını qeyd edib.

Andradenin "Qarabağ"la müqaviləsi 2025-in yayına qədərdir. O, bu mövsüm "Qarabağ"la ümumilikdə 33 matçda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
398
50
futbolpress.az

10Mənbələr