AZ

Andrade “Qarabağ”dan ayrılır? - Klubdan açıqlama

“Qarabağ” futbolçusu Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov “Sport-Express” nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi bildirib ki, 24 yaşlı kabo-verdeli yarımmüdafiəçi üçün Rusiyanın “Rubin” və “Krasnodar” komandalarından onlara müraciət olmayıb: “Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların hansısa futbolçumuzu izləməsi normaldı. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludular. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə verib.


Müəllif: Teleqraf.com
Seçilən
409
50
teleqraf.com

10Mənbələr