AZ

Leandro Andrade üçün 1,5 milyon avro təklif etdilər

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Rusiya klublarının maraq dairəsinə düşüb.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun agenti Huqo Kadjuda Rusiyanın “Sport24” nəşrinə açıqlamasında bildirib.

Belə ki, yarımmüdafiəçinin xidmətində Rusiyanın iki məşhur klubu – “Rubin” və “Krasnodar” maraqlıdır. Futbolçunun agenti bildirib ki, “Rubin” hətta Andradeyə görə “Qarabağ”a 1,5 milyon avro ödəməyə hazırdır: “Rubinin bu oyunçunu izləməsi doğrudur. Leandronun xidmətində “Krasnodar” da maraqlıdır. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik”.

Amma Ağdam klubunun baş meneceri Asif Əsgərov “Sport24”ə açıqlamasında Andrade ilə bağlı rəsmi təklif almadıqlarını qeyd edib.

Xatırladaq ki, Leandro Andradenin bir müddət öncə Çindən də sərfəli təklif aldığına dair xəbərlər yayılmışdı. Xəbərdə bildirilirdi ki, “Şanxay Şenxua” 24 yaşlı futbolçunu transfer etməyə çalışır. Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia edilirdi.

Leandro Andrade 2022-ci ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam təmsilçisində 83 oyun keçirib, 22 qol vurub, 31 məhsuldar ötürmə müəllifi olub.

Andradenin “Qarabağ”la müqaviləsi 2025-in yayına qədərdir. O, bu mövsüm Ağdam klubunnu heyətində ümumilikdə 33 matçda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Leo daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığmasında da 6 oyun keçirib.

Seçilən
437
50
arena.az

10Mənbələr