AZ

Ukraynalı "Miss Yaponiya" tacını qaytardı

Yaponiyada keçirilən “Miss Japan” gözəllik yarışmasının qalibi, Ukrayna əsilli Karolina Şiino ölkə mətbuatında onun haqqında yayılan xəbərlərə və iddialara görə titulunu geri qaytarıb.
Hafta.az-ın “Kyodo” Agentliyinə istinadən yazdığına görə, ölkə mətbuatında evli həkimlə münasibətdə olması üzündən "Miss Japan" müsabiqəsinin qalibi 26 yaşlı Karolina Şiino tacını geri verdiyi bildirilib. Şiino sosial şəbəkələrdə "evli kişinin məşuqəsi" olduğu iddiaları ilə hədəfə alınıb.
Müsabiqənin rəsmi saytında verilən açıqlamada ictimaiyyətdən üzr istənilib və gözəllik tacının ilin sonuna qədər baxımsız qalacağı bildirilib.
Yaponiyada keçirilən gözəllik yarışmasının 50 illik tarixində ilk dəfə olaraq iki valideyni yapon olmayan bir şəxs qalib olub. Sosial mediada bir çox insanın bu vəziyyətə reaksiya verdiyi və qərarın siyasi baxımdan bağlı ola biləcəyini irəli sürdüyü bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
8
hafta.az

10Mənbələr