AZ

Yaponiya yaşlıların tənhalığına çarə tapdı

Dünyanın ən yaşlı cəmiyyətinə sahib ölkəsi Yaponiya həm doğum nisbətinin aşağı düşməsi, həm də yaşlı əhalinin tənhalığına çarə axtarır.

Publika.azxəbər verir ki, Yaponiyada 2022 -ci ildə illik doğum sayı ilk dəfə 800 minin altına düşərək 799 min 728 olub.

2023-cü ilin yanvar-iyun aylarında yeni doğulan körpələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 371 min 52 nəfər olub. Ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci ildəki məlumatına görə, Yaponiyada 75 və yuxarı yaşda olan əhalinin sayı 19,3 milyon nəfərə, 65 və yuxarı yaşda olanların sayı isə 36,2 milyon nəfərə yüksəlib.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2021-ci il məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 86 mini keçib. Yaşı yüzdən yuxarı olan əhalinin sayı 51 il ilbəil artır.

Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun məlumatına görə, 2040-cı ilə qədər Yaponiyada 65 və yuxarı yaşlı insanların ümumi əhaliyə nisbəti 35 faizi keçəcək.

Yaşlı əhalinin yaşadığı tənhalıq ölkə əhalisinin qocalması ilə yanaşı problemdir. Qeyri-rəsmi məlumatlara görə, tək yaşayan yaşlıların sayının 9-12 milyon arasında olduğu təxmin edilir. Tək yaşayan yaşlı insanların sayının artması ilə əlaqədar icma mərkəzli layihələrə ehtiyac da artır.

Zəif ailə bağları, fiziki qüsurlar kimi səbəblərdən aktiv həyatdan təcrid olunan yaşlı yaponlar ömürlərinin son dövründə hələ də isti yuva axtarışındadırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
365
8
publika.az

10Mənbələr