AZ

Azərbaycan Premyer Liqasının XXII turunda daha bir oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək.

"Ölkə.az"ın məlumatına görə, "Səbail" "Kəpəz"lə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək.

Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXII tur

12 fevral

15:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Sabah"la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
50
olke.az

10Mənbələr