AZ

"Səbail" "Kəpəz"ə böyük hesabla qalib gəldi

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbətioyunu keçirilib.

Trend xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Səbail”iqəbul edib. Qəbələ şəhər stadionunda reallaşan görüş Bakı klubununqələbəsi ilə başa çatıb – 4:1.

Dörd turdan sonra qalib gələn paytaxt təmsilçisinin heyətindəqolları Aleksandr Ramalinqom (penalti), Rüfət Abdullazadə vəSuleyman Alluş (2) vurublar. “Sarı-göylər”in qoluna isə MartinsJunior imza atıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Səbail” 5-ci pilləyəyüksəlib. “Kəpəz” isə 20 xalla 9-cu sırada qalıb.

Turun açılış oyununda “Qarabağ” doğma meydanda “Sabah”laheç-heçə edib – 3:3.

Qeyd edək ki, XXII tura fevralın 13-də keçiriləcək “Turan Tovuz”- “Qəbələ”, “Zirə” -“Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi”qarşılaşmaları ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
az.trend.az

10Mənbələr