AZ

“Kəpəz” “Səbail”ə böyük hesabla uduzdu

Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Günün yeganə oyunu Qəbələdə “Kəpəz”lə “Səbail” arasında keçirilib. Bol qollu bu matçın yekununda paytaxt təmsilçisi darmadağına sevinib.

Ötən gün “Qarabağ”la “Sabah” arasında baş tutan turun ilk matçında qalib müəyyənləşməyib – 3:3. “Turan Tovuz” – “Qəbələ”, “Zirə” – “Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
22-ci tur

12 fevral

“Kəpəz” – “Səbail” 1:4
Qollar: Martins Junior, 29 - Aleksandr Ramalinqom, 45+6-pen. Rüfət Abdullazadə, 51. Süleyman Alluş, 60; 90.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 15:00.

Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fall
Baş məşqçi: Adil Şükürov
Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Keta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
50
rekord.az

10Mənbələr