“Skoda Octavia” yenilənib.
Avtosfer.az xəbər verir ki, yenilənmiş modelin xüsusiyyətləri də açıqlanıb.
Belə ki, yenilənmiş “Octavia” ölçüləri, xüsusiyyətləri və dizaynı baxımından D seqmentində göz qırpır.
Bundan əlavə, avtomobilin ölçülərində də dəyişikliklər var. Avtomobil hər iki kuzov versiyasında 9 mm uzadılıb. Markanın bununla bağlı iddiası daha güclü aerodinamik quruluş yaratdıqlarıdır. Salonda avtomobil bizi opsiya olaraq təklif olunacaq yeni 13 düymlük multimedia ekranı ilə qarşılayır. Standart modellərdə “Octavia” bizə 10 düymlük rəqəmsal displey və multimedia ekranı təklif edəcək.
Yeni “Skoda Octavia” 1.5 TSI iki fərqli benzin aqreqatına malikdir: 115 at gücü və 150 at gücü. Bundan əlavə, avtomobil 2.0 TDI 115 Hp dizel versiyasını da təklif edəcək. Bu aqreqatlar 6 pilləli mexaniki və avtomatik DSG sürət qutusu ilə təchiz ediləcək.
Qeyd edək ki, avtomobillərin qiymətləri hələ açıqlanmayıb. Qiymət siyahıları yaxın günlərdə açıqlanacaq.
Məhəbbət Tərlanoğlu