AZ

Co Baydenin unikal avtomobili hərracda satılacaq

ABŞ-ın hazırkı prezidenti Co Baydenin vaxtilə uzunmüddətli icarəyə götürdüyü “Cadillac ATS-V” idman avtomobili “Car & Bids” auksionunda satılacaq.

Avtosfer.az xəbər verir ki, Co Bayden bu avtomobili hələ prezident olmayanda - 2020-ci ilə qədər idarə edib. Oturacaqların üzlənməsi Bayden tərəfindən fərdiləşdirilib. Satışın bitməsinə bir həftədən az vaxt qalıb. Hazırki qiyməti 29 min dollardır.

Avtomobil 470 at gücü hasil edən 3,6 litrlik iki turbomühərrikli benzin mühərriki ilə təchiz edilib. Maşın 0-dan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Avtomobilin bu gün yürüşü 25,5 min km-dir.

Məhəbbət Tərlanoğlu

Seçilən
158
13
avtosfer.az

10Mənbələr