AZ

Günün qoroskopu: hisslərinizi nəzarətdə saxlayın

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - çox istəsəniz də, tələsməyin. Bu gün təmkinli olun, hisslərinizi nəzarətdə saxlayın. Niyyət və planlarınızı reallaşdırmaq üçün daha əlverişli məqam gözləyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, minimal informasiyaya malik olaraq riskli davranmaqdan daha yaxşıdır.

Günün ikinci yarısında heç bir səbəb olmadan münaqişə yarana bilər. Hisslərinizə hakim olun, barışığa gedin.

Rasionunuza diqqətlə yanaşın. Məntiqi məhdudiyyətlərə ehtiyac var. Medikamentoz zəhərlənmə ehtimalı olduğundan yalnız həkimin məsləhət verdiyi dərman preparatlarını qəbul edin.

Buğa - bəyənmədiyiniz və sizi bezdirən işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Fəqət, əhvalınızı pozmayın. Məqsədə çatmağın yolları barədə yox, məqsəd barədə düşünün. Bəzi qərar və addımlarınız yaxın ətrafınızdakı insanların iradlarına səbəb ola bilər. Amma sizi, gerçəkdən də, sevən insanlar niyə məhz bu cür qərar qəbul etdiyinizi anlayacaqlar.

Yeni işlərə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işin öhdəsindən gələcəyinizi dəqiq bilin.

Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Yalnız kəskin zərurət yarananda təşşəbüslə çıxış edin. Etiraflara tələsməyin. Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizi bərpa etməlisiniz.

Əkizlər - indi münasib şərait gözləmək əvəzinə qətiyyətlə, inadla hərəkət etmək gərəkdir. Yeni iş və ya layihə üçün əlverişli zaman olduğunu düşünürsünüzsə, əzmlə davranın. Çox çalışmaqdan, yorulmaqdan qorxmayın. Başladığınız işi bitirmək üçün yetərincə yaşam potensialınız var. Gəlirlər və sərfəli anlaşmalar, sifariş alınması istisna deyil.

Günün ikinci yarısında səfər və ya nəzərdə tutulmamış səyahət ola bilər. Yolda vaxtınızı yaxşı keçirə bilərsiniz. Yola çıxsanız, nəticədən narazı qalmayacaqsınız. İmiclə eksperimentlər aparmaq, qarderobu yeniləmək olar.

Xərçəng - məqsədə çatmaq və uğur qazanmaq üçün qüvvələrinizə, potensialınıza inanın. Qətiyyətli olsanız, hədəfə doğru sürətlə irəliləyəcəksiniz. Önəmli nəticələr əldə edə bilərsiniz. Xoş görüşlər və maraqlı tanışlıqlar istisna deyil. Özünüzlə bağlı müsbət rəy yaratmaq istədiyiniz insanla aktiv təmaslarda olun.

Romantik münasibətlər başlayarsa, onlar harmonik və rəvan inkişaf edəcək, sizi sevindirəcək.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Geyim, paltar, bəzək, interyer predmetləri almaq olar. Zövqünüz sizi aldatmayacaq. Axşam saatlarında yaşam arealında kosmetik dəyişikliklər etmək olar.

Şir - çox işin öhdəsindən gələ bilərsiniz. Bilik və bacarıqlarınızı ətrafınızdakı insanlara nümayiş etdirməyə tələsməyin. Bir qədər kənara çəkilin, kölgədə durun, bütün diqqəti özünüzə cəlb etməyin. İstənilən parlaq insan təki bədxahlar və rəqiblərdə paxıllıq hissləri yaradırsınız. Belə şəxslər sizə zərbə vurmağa çalışacaqlar. Ehtiyatlı və sərvaxt davranın.

Günün ikinci yarısında səhhətinizdə problem yarana bilər. Kiçik məişət travmaları riski var. Ev işlərini yaxınlarınızla bölüşün. Belədə proses daha maraqlı və effektiv olacaq.

Sevdiyiniz insan axşam saatlarında sizə sürpriz bəxş edəcək.

Qız - vaxtınızı hədər keçirməyin. Çalışqan, zəhmətkeş olun. Tənbəllik edərək süstlüyə qapılsanız, sizi problemlər gözləyir. Təmirə başlamaq, yaşam arealını bəzəmək olar. Sizdə dizayner bacarıqlarının olduğunu aşkarlayacaqsınız. Pulları məntiqlə, ağılla xərcləyin. Alış-verişin sonucları və sərmayənin nəticələri sizi təəssüfləndirməyəcək.

Günün ikinci yarısında sümük və oynaq ağrılarının yaranmasına rəvac verməyin. Soyuqdəymə riski də var. Səhhətinizin qayğısına qalın. Sınanmış vasitələrə üstünlük verin. Allergiya riski mövcuddur.

Seçilən
286
50
publika.az

10Mənbələr