AZ

Günün qoroskopu: romantik tanışlıqlar istisna deyil

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.

Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.

Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.

Buğa - istənilən planlar və layihələrin həyata keçirilməsi üçün əla gündür. İşlərin öhdəsindən sürətlə gəlmək, qısa müddətdə orijinal çözüm variantları tapmaq şansları var. Plan və layihələrin həyata keçirilməsində sizə yardım edəcək insanla əlaqələr yaradın. Nə istədiyinizi ona aydın və konkret izah edin.

Günün ikinci yarısında yaşam potensialı səviyyəsi normaldır. Səhhətinizdə problemlər yaranmayacaq. İşlər və yük çox olsa da, axşam saatlarına qədər yorulmayacaqsınız. Romantik tanışlıqlar istisna deyil.

İmiclə eksperimentlər üçün əlverişli zamandır.

Əkizlər - qətiyyətli, əzmkar, iradəli olun. İndiyədək cürət etmədiyiniz addımları atsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Potensial sifarişçilər və potensial iş yeri sahibləri ilə ünsiyyət üçün yaxşı gündür. İşgüzar maraqlarınızı bölüşən insanlarla tanış ola biləcəyiniz tədbirə qatılın.

Günün ikinci yarısında sizi maraqlandıran insanla qarşılaşa bilərsiniz. Təşəbbüskar olun, təbii davranın. Bu gün başlayacaq münasibətlər yaxın perspektivdə normal sonuclar vəd edir.

Axşam saatlarında normal istirahəti seçə bilərsiniz.

Xərçəng - asan əldə ediləcək uğurlar və xoş sürprizlər günüdür. Köhnə dostlarla yanaşı, yeni tanışlar da sizi sevindirəcəklər. İşdə həmkarlarla dil tapmaq, peşəkar fikir ayrılıqlarına son qoymaq olar. Sizi kollektivdə maraqlı iş gözləyir.

Günün ikinci yarısında şəxsi münasibətlərdə işlər pis olmayacaq. Fikir ayrılıqları və ixtilaflar olarsa, onların mübahisələrə, münaqişələrə çevrilməsinə imkan verməyin. Uşaqlarla, yaşıdlarınızla həssas davranın.

Axşam saatları parlaq təəssüratlar vəd edir.

Şir - məqsədə çatmaq üçün aktiv, əzmli olun. İradəli davranın. Qarşınıza çıxan maneələrlə sədləri dəf etmək üçün var gücünüzlə çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Belədə yeni müttəfiqlər və dostlar tapa bilərsiniz. Bilik və bacarıqlarınızı görəcəklər. Çoxdan bəri rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun.

Axşam saatlarında yaşam potensialının səviyyəsinin aşağı düşməsi istisna deyil. Günü elə planlaşdırın ki, mühüm işlər arasında qüvvənizi bərpa etmək üçün vaxt qalsın.

Piyada gəzintidə xeyir var.

Qız - gün uğurlar və irəliləyiş vəd edir. Aktiv olun, sayıq davranın. Bədxahlarla rəqiblər potensial təhlükə mənbəyi deyil. Bütün səylərə rəğmən onlar sizə heç nə edə bilməyəcəklər. Yeni dostlar və müttəfiqlər olacaq. Eyni zamanda, sonradan sürətlə inkişaf edəcək romantik münasibətlər də formalaşa bilər.

Günün ikinci yarısında maliyyə fonu münasibdir. Gəlirlər, o cümlədən əhəmiyyətli məbləğdə pul əldə edilməsi istisna deyil. Axşam saatlarında alış-verişə çıxa bilərsiniz.

Tərəzi - nəzərdə tutduğunuz işləri reallaşdırmağa çalışın. Ciddi səylər və izafi zəhmət olmadan problemlərin öhdəsindən gələ bilərsiniz. Hadisələrə süni təkan verməyin, olayların məcrasına müdaxilə etməyin. Yardım istəyən insana dəstək verin, çünki başqaları üçün nələrsə etməklə öz işlərinizi də yaxşılaşdıra bilərsiniz. Köhnə dostlardan biri ilə qəfil görüş ola bilər. Planlaşdırılmamış, amma xoş görüş istisna deyil.

Seçilən
248
50
publika.az

10Mənbələr