Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.
Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar.
Buğa - yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.
Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.
Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır.
Əkizlər - yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz.
Xərçəng - tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.
Dostları unutmayın.
Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.
Şir - yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.
Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.
Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin.
Qız - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.
Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin.