''Baykar'' şirkəti tərəfindən milli imkanlarla hazırlanmış ''Bayraktar TB3'' silahlı pilotsuz uçuş aparatı 26-cı sınaq uçuşunu uğurla tamamladı.
''Baykar'' şirkətinin yaydığı bəyanata görə, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən 26-cı sınaq uçuşunda ''Bayraktar TB3'' orta hündürlükdə 27 saat 19 dəqiqə fasiləsiz olaraq havada qalıb.
Martın 28-də saat 09.40-da başlayan uçuş martın 29-da saat 12.59-da uğurla başa çatıb.
Məlumata görə, ''Bayraktar TB3'' 27 saatlıq uçuşu zamanı cəmi 4 min 600 kilometr məsafə qət edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta