AZ

Alparslan Bayraktar İrana səfər edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İranın paytaxtı Tehrana səfər edib.
Nazir Alparslan Bayraktar İranın neft naziri Cavad Ovji və energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, görüşdə Türkiyə ilə İran arasındakı elektrik enerjisi ticarəti müzakirə edilib.
Rəsmi internet səhifəsində paylaşım edən Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib: “Biz İranla enerji sahəsində uzunmüddətli əməkdaşlığımızı təbii qaz sahəsində bağlayacağımız yeni razılaşmalarla inkişaf etdirməyi hədəfləyirik''.

Seçilən
153
2
sia.az

10Mənbələr