AZ

''Bayraktar TB3'' PUA-nın növbəti uçuşu uğurla keçirildi

''Baykar'' şirkəti tərəfindən milli imkanlarla hazırlanmış ''Bayraktar TB3'' silahlı pilotsuz uçuş aparatı 26-cı sınaq uçuşunu uğurla tamamladı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
''Baykar'' şirkətinin yaydığı bəyanata görə, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən 26-cı sınaq uçuşunda ''Bayraktar TB3'' orta hündürlükdə 27 saat 19 dəqiqə fasiləsiz olaraq havada qalıb.
Martın 28-də saat 09.40-da başlayan uçuş martın 29-da saat 12.59-dauğurla başa çatıb.
Məlumata görə, ''Bayraktar TB3'' 27 saatlıq uçuşu zamanıcəmi 4 min 600 kilometr məsafə qət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
1
sia.az

10Mənbələr