AZ

Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı mərhum həmkarı Xalq artisti İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini illər sonra açıqlayıb. 

Bu barədə sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

"Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi. Məclisə gec gəlmişdim, bəy-gəlinin rəqsinə gəlib çatmışdım. Dərhal Faiq Ağayevlə görüşmək istədim. Həmin vaxt da İlhamə xanımın əlində mikrofon var imiş. 

Xeyir-dua verirmiş, həm də 15-20 dəqiqə oxumuşdu. Sözün açığı onu görməmişdim. Faiq Ağayev onu öpən kimi mikrofonu mənə verdi ki, artıq toy bitir, sən də oxu. Mən də ifamla onları təbrik etdim. Bu, İlhamə Quliyevaya xoş gəlməmişdi", - deyə Nazpəri vurğulayıb.//Bizim.Media 

Seçilən
496
39
hit.az

10Mənbələr