AZ

“Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Tarix: 2 May 2024 06:10

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib.
Milli.Az olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb.
"Uşaqlar siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz. Nura Suriylə danışmıram, o da var, Sevil, Sevinclə (red. - müğənnilər Sevinc və Sevinc Səfərovalar) danışmıram, onlar da var. Mənim professional işimlə, baş prodüserliyimlə, şəxsi münasibətimi heç bir şey dəlalət etmir. Hətta Elza Seyidcahan demişdi ki, bu Rozanın kanalıdır. Demişdim ki, deyin ki, bu Rozanın kanalı deyil, Roza burada əməkdaşdır. "Mənə nə yaxşı icazə verib" demişdi. Sən sənət adamısan və redaktor səni efirə çağırmaq istəyirsə, o adamların yaradıcılığını aşağılamağa icazə vermərəm. O, mənim zəifliyim olar. O lazımdırsa, efir maraqlı keçəcəksə, deyirəm, problem deyil, olar. Mən televiziya karyerama peşəkar yanaşıram. Amma real həyatda salam da vermirəm, danışmıram, danışası da deyiləm", - deyə, o, söyləyib.
Milli.Az

Seçilən
469
2
sonxeber.net

10Mənbələr