AZ

“Rozanın bir yeri çox böyükdür" - VİDEO

"Bədənimi formaya saldırma (bədənşəkilləndirmə - red.) əməliyyatı etdirməmişəm. İki dəfə liposaksiya (piy sovdurma - red.) əməliyyatı keçirmişəm. Ayağımda dördüncü mərhələli koksartroz (bud-çanaq oynağının zədələnməsi - red.) xəstəliyi var. Yeriməkdə çox böyük problemlərim var. Hündür daban ayaqqabı da olanda duruşum fərqli görünür. Çünki diz qapaqlarım açılmır. Səhhətində problemlər olan heç bir məşhur bu haqda danışmaz. Amma mən danışıram". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Zarafat bir yana" verilişində deyib. 

Bud-çanaq oynaqlarımda problemlərinin olduğunu söyləyən sənətçi bildirib ki, səhnəyə ağrıkəsici dərmanlar qəbul edərək çıxır: 

"Bud-çanaq oynaqlarımda böyük problemlərim var. Mən hər il bununla bağlı əməliyyat olunuram. Bəzən isə sosial şəbəkə əhli mənim bu xəstəliyimi bilməyə-bilməyə yazırlar ki, "Roza raxitdir, ayaqları əyridir... Roza nə gündəsən... Bir yeri Rozanın çox böyükdür". Əslində mən real həyatda ekranda göründüyü kimi artıq çəkili deyiləm və bədən formalarımda normaldır. Əslində bu xəstəliyi olan mənim kimi insan yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrıya-ağrıya və bu ağrılardan qurtulmaq üçün ağrıkəsici dərmanlar qəbul edərək öz tamaşaçılarımın qarşısına gəlirəm". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
424
14
milli.az

10Mənbələr