AZ

Əfqanıstanda daşqınlar nəticəsində 99 nəfər ölüb

Əfqanıstanda son iki həftədə daşqınlar nəticəsində 99 nəfər ölüb.Əfqan mətbuatında yer alan xəbərə görə, daşqınlar ən çox can və mal itkisinə Qəzni, Paktiya, Cüzcan, Fərəh, Səmənqan, Pervan, Hilmend və Nəngerhar əyalətlərində səbəb olub.Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik son 4 gündə ən azı 29 nəfərin, 11-14 aprel tarixləri arasında isə ən azı 33 nəfərin həyatını itirdiyini açıqlayıb.Bəzi rayonlarda həddindən artıq yağıntı nəticəsində yaranan sürüşmələrdə də tələfat olduğu bildirilib.TOLO News kanalının məlumatına görə, son iki həftədə ölkə daxilində baş verən daşqınlar nəticəsində 99 nəfər həyatını itirib, 60-dan çox insan isə yaralanıb.Digər tərəfdən Əfqanıstan meteorologiya qurumu xüsusilə ölkənin mərkəzi və şimal-şərq bölgələrində həddindən artıq yağış və daşqın ehtimalı barədə xəbərdarlıq edib.

Seçilən
180
14
afn.az

10Mənbələr