Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 4 nəfər həyatını itirib.
525.az xəbər verir ki, ötən həftədən bəri ölkənin cənub bölgələrində, xüsusən də Çinin Quandun əyalətində təsirli olan güclü yağışların sayı daha da artıb. Yerli hakimiyyət orqanları 3 nəfərin Zaoqin və 1 nəfərin isə Şaoquan şəhərində sel və torpaq sürüşmələri nəticəsində ən azı 4 nəfərin həyatını itirdiyini açıqlayıb.
Şaoquan və Qinqyuan şəhərlərində itkin düşmüş kimi qeydə alınan 10 nəfərin də axtarışlarının davam etdiyi açıqlanıb.
Məhəmməd Tağıyev
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta