AZ

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellektdən istifadə etdiyinə əmindirlər.

 

Sfera.az xəbər verir ki, sosial media istifadəçiləri və əksər pərəstişkarı videonun səsində süni intellektdən istifadə olunduğunu bildirib. Hətta Kardaşyanın pərəstişkarları belə bunu bəyənməyib və bununla bağlı qəzəbli şərhlər yazıblar.

 

Qalmaqal Kimin öz brendinin yeni mobil tətbiqinin təqdimat videosunda yaranıb. Bəzi pərəstişkarları süni intellektdən istifadə edilməklə yanaşı, klipdə görünən şəxsin heç də Kim olmadığını düşünür.

 


"And içirəm ki, bu, süni intellektin səsini oğurlayıb" - deyə bir izləyici şərhlərdə yazıb. 

 

Digər izləyicilərdən biri bunu təsdiqləyərək, cavab verib: "Bəli! Onun səsi həmişəkindən fərqlidir." 

 

"Təkcə səs deyil, bütün avatar süni intellektdir”.

 

"Tamamilə pul tələsi. Kim rahat oturub evdə, videolarının təqdimatına vaxt itirmir. Bildiyimiz robot səsidir."


Jurnalistlər mövqeyini öyrənmək üçün məşhurun ​​nümayəndələri ilə əlaqə saxlasalar da, hələlik cavab ala bilməyiblər. Qeyd edək ki, bu, Kimin son həftələrdə reklam üçün problemlə üzləşdiyi ilk hal deyil.

 

Bu ayın əvvəlində Kim “Starbucks” kafesinin qarşısında şəkil çəkdirdikdən sonra pərəstişkarları tərəfindən tənqid edilib. Kim, restoranın dayanacağında “Tesla Cybertruck”un yanında dəri alt paltarı və dar ağ köynəkdə görülüb.

 

Bu paylaşıma "Ölən günə qədər səni sürəcəyəm" başlığını yazan Kardaşyan bəzi pərəstişkarlarının qəzəbinə səbəb olub:

 

 "İnsanların acından öldüyünü bilirsən? Niyə həyatında faydalı bir işlə məşğul olmursan"?

 

“Starbucks sənə öz qiymətindən artıq ödəyir, qızım", "Lazımından artıq hörmət" və s. kimi şərhlər yazıblar.

 

Aysel

Sfera.az

Seçilən
193
50
sfera.az

10Mənbələr