AZ

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib. 


Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının mənzərəsini torla örtməklə bura girişi məhdudlaşdırmaq istəyir. 

 

Turistlər avtomobillərini istədikləri yerdə saxlayır, yol hərəkəti qaydalarına və mühafizəçilərin tapşırıqlarına məhəl qoymur, səkiyə zibil tökür, həmçinin fotoşəkil çəkdirmək üçün stomatoloji klinikanın damına çıxırlar.

 

Şəhər rəsmiləri bu addımı kədərli və ən axırıncı əxlaqsızlıq adlandırırlar. Bütün bu qadağalar isə Fuji dağının fotolarını çəkmək istəyən əcnəbi turistlərin şəhərə daxil olmasının qarşısını almaq üçündür. Turistlərin şəkil çəkmək üçün seçdiyi dağın fonunda yer 2,5 metr hündürlüyündə və 20 metr uzunluğunda xüsusi torla bağlanacaq.

 

“Təəssüf ki, bəzi qaydalara hörmət etməyən, zibil atdıqları və yol hərəkəti qaydalarına məhəl qoymayanlar ucbatından biz bunu etməyə məcburuq”- deyə şəhər nümayəndəsi verilən qərarı şərh edib.

"Şəhər hərəkətə keçməyə məcbur edildi"-deyən rəsmi, mövcud planın vəziyyət yaxşılaşana qədər çəkilən torun yerində qalmasını tələb etdiyini bildirib.

 

Fuji dağı:

 

Fuji və ya Fujisan Yaponiyada aktiv bazalt stratovulkanıdır. Ölkənin ən yüksək dağı, hündürlüyü 3776 m olan Fuji vulkan silsiləsinin əsas zirvəsidir. O, özəl mülkiyyətdədir və Şinto Böyük Məbədi Hongu Sengenə məxsusdur. Burada 1609-cu ilə aid şoqun Tokuqava Hidetadanın hədiyyə sənədi saxlanılır.

 

Aysel

Sfera.az

Seçilən
223
50
sfera.az

10Mənbələr