Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
KONKRETaz TASS-a istinadən xəbər verir ki, o, bu haqda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında çıxış edən zaman danışıb.
“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, – dövlət başçısı bildirib.
Qeyd edək ki, Putin dəqiq tarixi açıqlamayıb. Lakin göstərilən ayı nəzərə alsaq, bu, Rusiya Prezidentinin seçkilərdən sonra ilk xarici səfəri ola bilər.