Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə o Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) konqresində deyib.
“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, - deyə Rusiya lideri səfərin tarixini açıqlamayıb.
Qeyd edək ki, bu səfər Putinin yeni səlahiyyət müddətində ilk xarici səfəri ola bilər.