NATO Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər.
Həmçinin görüş çərçivəsində iştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta