Azərbaycanda fəaliyyətdə olan prosessinq mərkəzi “Azərikard” MMC-nin direktor müavini vəzifəsindən ayrılaraq Türkiyədə karyerasını davam etdirəcək.
FED.az xəbər verir ki, “Azərikard”ın baş direktorun müavini Ersin Ünsal aprel ayından etibarən şirkətdəki vəzifəsindən ayrılıb.
E.Ünsal 2020-ci ilin sentyabrından şirkətdə müvafiq vəzifəyə təyin edilmişdi.
Onun yeni iş yeri İstanbuldakı “PozitifTech” şirkəti olacaq.
“Azərikard”ın baş direktoru Fərid Quliyevdir. Onun iki müavini var – Zakir Əhmədov və Fərid Məmmədzadə. (Banker.az)