AZ

Məşhur aktyor 11 lüks saatını satır

Dünyaca məşhur aktyor Silvestr Stallone 11 ədəddən ibarət lüks saat kolleksiyasını satışa çıxarıb.

Publika.az xəbər verir ki, saatlar iyunun 5-də Nyu Yorkdakı “Sotheby's” hərrac evində satışa çıxarılacaq. 77 yaşlı amerikalı aktyorun saatlarının 30 min dollardan 5 milyon dollara qədər alıcı tapacağı gözlənilir.

Satışa çıxarılan saatlar arasında aktyorun “The Expendables 2” filmində taxdığı “Panerai Luminor 150” model saatı da var. 30-60 min dollar arasında qiymətə satılacağı gözlənilən saatın alıcısına filmin imzalı afişası da hədiyyə olunacaq.

Hərracın ən bahalı saatının “Patek Philippe Grandmaster Chime 6300” modeli olacağı gözlənilir. Bu saatın hərracda 2,5 milyon ilə 5 milyon dollar arasında satılacağı gözlənilir.

Seçilən
150
4
publika.az

10Mənbələr