Almaniya Ukraynaya növbəti yardım paketini təqdim edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat dərc edilib. Məlumatda Ukraynaya verilən silha-sursatın siyahısı yer alıb.
Həmin siyahını təqdim edirik:
- “Skynex” kompleksi və sursatı;
- Hava hücumundan müdafiə sistemləri üçün raketlər - Iris-T SLM;
- “Leopard 2” tankları üçün sursat;
- “Gepard” zenit silahları üçün 30000 sursat;
- 7 milyon 500 min ədəd 155 mm-lik artilleriya sursatı;
- 10 sursat və ehtiyat hissələri olan “Marder” zirehli transportyorları;
- körpü;
- “Dachs” avtomobili;
- 9 mina təmizləyən maşın;
- 6 ədəd “M1070 Oshkosh” traktoru;
- Hava müşahidə radar stansiyası: “TRML-4D”;
- “AMPS” helikopterləri üçün özünümüdafiə sistemləri;
- 60 ədəd mühərrik;
- 600 ədəd LED lampalar;
- 18 min ədəd 40 mm-lik patron;
- 3000 portativ tank əleyhinə qumbaraatan: “RGW 90”;
- 120 mm-lik minaatanlar
- 2000 ədəd kamuflyaj;
- 2000 ədəd palto;
- 100 min ədəd ilk tibbi yardım dəsti.
“AzPolitika.info”