Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın “Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.
Teleqraf.com xəbər verir ki, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan böyük sifariş paketinin bir hissəsi kimi Kiyevə çatdırılacaq.
“Radarlar Ukraynanın hava hücumundan müdafiəsi üçün təcili lazımdır”, - məlumatda qeyd edilib.
Müəllif: Teleqraf.com