AZ

İtaliya Slovakiyadan geri çəkdiyi SAMP/T-ləri Ukraynaya verəcək - "La Repubblica"

İtaliya hökuməti iyunun 13-də keçiriləcək G7 sammitindən əvvəl Ukraynaya hərbi yardım paketini təsdiqləməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, İtaliyanın "La Repubblica” qəzetinin məlumatına görə, Giorgia Meloninin başçılıq etdiyi hökumət Ukraynaya hərbi yardım haqqında SAMP/T hava hücumundan müdafiə sisteminin tədarükünü nəzərdə tutan doqquzuncu nazirlər arası fərmanı təsdiq etmək qərarına gəlib. 

İtaliyada beş belə sistem var. Roma Slovakiyaya verdiyi sistemi Ukraynaya da vermək istəyir. Sistemlərin digər hissəsi G7 sammitinin keçirildiyi ərazinin mühafizəsi üçün istifadə olunur.

Bundan əlavə, yardım paketinə artilleriya təchizatı da daxil olacaq.

Matteo Salvininin Liqası yardım paketinin təsdiqinə qarşıdır. Bununla belə, paket parlamentdə dəstək üçün kifayət qədər səs toplamalıdır.
Xatırladırıq ki, martın əvvəlində Slovakiyanın baş naziri Robert Fiko İtaliyanın SAMP/T hava hücumundan müdafiə sistemini ölkədən çıxardığını açıqlamışdı.

Nəticədə, Slovakiyanın strateji obyektləri, xüsusən də atom elektrik stansiyaları müdafiəsiz qalır. Ölkənin rusiyapərəst baş naziri həmçinin qeyd edib ki, əvvəlki hökumət Ukraynaya işləyən S-300 hava hücumundan müdafiə sistemini "hədiyyə edib”.

Xatırladaq ki, Slovakiya 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya S-300 verib. Əvəzində İtaliya ölkəyə SAMP/T-ni borc verib. Bu, keçən il Amerika "Patriot”unu əvəz edib.

Alpər
Seçilən
229
50
qaynarinfo.az

10Mənbələr