AZ

Cənubi Koreya ordusu ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Koreya Respublikasının Kiber Əməliyyatlar Komandanlığının doqquz üzvü ABŞ-ın ev sahibliyi etdiyi çoxtərəfli təlimdə iştirak edəcək.


Bu barədə Yonhap agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.


Agentliyin məlumatına görə, təlimlər mayın 5-dən mayın 11-dək Virciniya ştatında baş tutacaq. Təlim 2011-ci ildən etibarən hər il təşkil olunur ki, ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının kiberməkanda təhlükələrə qarşı mübarizə imkanlarını gücləndirmək, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsində ahəngdarlığı artırmaqdır.


Koreya Respublikası üçüncü dəfədir təlimlərə qatılır.

Seçilən
196
31
senzor.az

10Mənbələr