İspaniyanın "Real" (Madrid) klubunun üzvü Luka Modriç cari mövsümün sonu komandadan ayrılacaq.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını hansı klubda davam etdirəcəyi barədə qərar verməyib.
Onun gedişindən sonra 10 nömrəli formanın Kilian Mbappeyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, L.Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə ölkə, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.