İspaniya nəhəngi \"Real Madrid\"in müdafiəçisi Luka Modriç cari mövsümün sonunda komandadan ayrılacaq.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, xorvatiyalı karyerasını hansı klubda davam etdirəcəyi barədə qərar verməyib.
Onun gedişindən sonra 10 nömrəli formanın Kilian Mbappeyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə İspaniya, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.