"Real Madrid" xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə yeni müqavilə təklif etmək fikrindən imtina edib .
Publika.az xəbər verir ki, bu barədə "Relevo" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcək.
Məlumata görə, Modriç özü isə komandada qalmaq istəyir və hətta bunun üçün ciddi maaş kəsilməsinə də hazırdır.
Qeyd olunur ki, klub rəhbərliyi gənc futbolçulara - xüsusən də türk futbolçu Arda Gülərə arxalanmağı planlaşdırır.
Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, ispan klubunda 300-dən çox oyun keçirib. Madrid komandasının tərkibində yarımmüdafiəçi dörd dəfə İspaniya çempionu (2016/17, 2019/20, 2021/22, 2023/24), iki dəfə (2013/14, 2022/23) ölkə kubokunun, 5 dəfə Superkubokun (2012, 2017, 2019/20, 2021/22, 2023/24) qalibi olub.