AZ

Ermənistanda gərginlik PİK HƏDDƏ: "Paşinyanın yerinə..." - AÇIQLAMA

Ermənistanda “Vətən uğrunda Tavuş” hərəkatı etirazlarını davam etdirir. Erməni Qriqoryan kilsəsi ölkədə siyasi hakimiyyəti dəyişib Robert Köçəryan klanını hakimiyyətə gətirməyi hədəfləyir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, keşiş Baqrat Qalatsyanın birbaşa rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensialı yoxdur:

 

“ABŞ və Avropa Nikol Paşinyanın devrilməsinə səssiz qala bilməz. Belə olan təqdirdə, Rusiya Cənubi Qafqazda yenidən mövqeyini gücləndirəcək. Gürcüstanda, o cümlədən Ermənistanda Qərb və Rusiya arasında meydanlarda toqquşma gedir. Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Geosiyasi rəqabət Cənubi Qafqazda həlledici mərhələyə daxil olub. Qərb prosesdə uduzarsa, Rusiya Gürcüstan və Ermənistanda möhkəmlənərsə, Azərbaycan üçün də mənfi nəticələri olacaq”.

 

Müsahibimiz bildirib ki, Paşinyan irəliləyən günlərdə hakimiyyəti üçün problem yaranacağı təqdirdə, İrəvan və əyalətlərdə çevriliş əleyhinə izdihamlı mitinqlər təşkil edəcək:

 

“Kilsəyə xalqın mümkün hücumlarını da reallaşdıracaq. Hazırda Ermənistanda kilsə siyasi müxalifət yolundadır və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Qərbin təlimatı ilə hərəkət edən Paşinyanın kilsə üzərində həlledici qələbə qazanacaq”.

 

Günay

Seçilən
249
50
sfera.az

10Mənbələr