AZ

Tarixi əsaslara söykənən Azərbaycan-Bolqarıstan münasibətləri - ŞƏRH

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.

Azərbaycan və Bolqarıstan Respublikaları arasında münasibətlər müstəqilliyimizin ilk illərinə təsadüf edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir. BMT və onun müxtəlif orqanlarından başqa, hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki, Azərbaycanın Bolqarıstanda daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir və son vaxtlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqə üsullarının inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki isti qamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan “Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” forumunun vizyonunu bölüşür. Bolqarıstan bu forumun üzvüdür və Rusiya yük ticarət marşrutlarının ləğvi ilə Qara dəniz-Xəzər dənizi marşrutlarını alternativ olaraq görür. Son illərdə Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir və inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində əməkdaşlıq artmaqdadır. Həmçinin mədəni əlaqələr də vacib yer tutur. Müxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədilə mütəmadi şəkildə səfərlər təşkil olunur, görüşlər, forumlar, tədbirlər keçirilir. İki ölkə arasında bir çox sahələr üzrə ciddi addımlar atılıb, strateji əməkdaşlıqların təməli qoyulub. Enerji tərəfdaşlığı isə Azərbaycan və Bolqarıstan münasibətlərinin əsas təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri kimi qeyd olunub.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Seçilən
286
50
sesqazeti.az

10Mənbələr