Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.
Onun sözlərinə görə, bu ilin ilk 4 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78 % artıb: "Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var”.
Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq: “Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq”.
M.Cabbarov bildirib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur: “Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir.
Orta dəhliz effektiv işləyir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 %-lik artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 % artıb".
Nazir kənd təsərrüfatı məhsullarının emalı sahəsiə layihələrə investisiyları nəzərdən keçirməyi məsləhət görüb.