AZ

Nazir: “Azərbaycan və Tacikistanın iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır”

Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78 % artıb. Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var”.

Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq: “Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq”.

M.Cabbarov bildirilib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur: “Tacikistan Trans-Xəzər Nəqliyyat Dəhlizindən aktiv şəkildə istifadə edir”.

Seçilən
198
6
report.az

10Mənbələr