AZ

Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı

Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Qazaxıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalaraq 75,5 milyon dollara çatdırıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyənin Qazaxıstana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 12,1 faiz artaraq, 18,9 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.

"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
329
16
milli.az

10Mənbələr