AZ

Yanvar-aprel aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında İrana kimyəvi maddəməhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faizartaraq 171 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyənin İrana kimyəvi maddəməhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 18,8 faizazalaraq, 31 milyon dollara bərabər olub", - deyə məlumatda qeydedilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarındakimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü iləmüqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dollara çatdırıb.

"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvimaddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faizartaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeydedilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024)Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsullarıixrac edib.

Seçilən
340
7
az.trend.az

10Mənbələr