Türkiyə 2024-cü ilin yanvar-may aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıraraq 13,6 milyard dolları ötüb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata görə, 2024-cü ilin may ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 24,3 faiz artaraq, 3 milyard dollara bərabər olub.
Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az