Finlandiyada ilk dəfə NATO ölkələrinin nümayəndələrinin böyük rəsmi toplantısı keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Hökumət Kommunikasiyaları Departamenti məlumat yayıb.
İclas mayın 20-24-də Tampere şəhərində baş tutacaq və alyansın nəqliyyat planlaşdırılmasına həsr ediləcək.
Bu, Finlandiyanın NATO-ya üzvlüyü dövründə ölkədə keçirilən ilk böyük rəsmi toplantı olacaq.