Finlandiyanın baş naziri Petteri Orpo Rusiya Federasiyası ilə sərhədin açılmasına icazə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yle Radio Suomi məlumat yayıb.
“Biz sərhəd nöqtəsindən başlamağa cəhd edə bilərik. Və sərhədin hər iki tərəfində əməkdaşlıq olarsa, bu, digərlərinin də açılmasına şərait yaradacaq”, - o bildirib.
Finlandiyalı siyasətçinin sözlərinə görə, Rusiya tərəfində minlərlə insan sərhədin açılmasını gözləyir.
Orpo qaçqınların Rusiyaya qaytarılması ilə bağlı qanun layihəsinin qəbulunu sərhədin açılması üçün şərt kimi qiymətləndirib.