AZ

Taleh Qaraşov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

İyunun 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Siyavar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib.

Taleh Qaraşov ötən səyyar görüş zamanı yerli insanlar tərəfindən qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə onları məlumatlandırıb. Qeyd olunub ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan bütün məsələlər həllini tapıb və digər məsələlər barədə aidiyyəti üzrə dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb, bu barədə vətəndaşlara qanunvericiliyi uyğun müddətdə cavablar verilib. 

Siyavar kənd inzibati ərazi dairəsinin sakinləri şəxsi problem və qayğılarını icra başçısına könüllü, sərbəst və maneəsiz söyləyiblər və qaldırılan məsələlərin hər biri nəzarətə götürülüb, onların həllindən ötrü addımların atılması üçün səlahiyyətli şəxslərə tapşırıq və tövsiyələr verilib.

Vel və Siyavar kəndlərinin sakinləri də çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördükləri işlərə görə onlara təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
unikal.az

10Mənbələr