Türkiyənin Biləcik şəhərində icazəsiz qazıntı aparan 3 nəfərdən 2-si çuxurda zəhərlənərək ölüb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrupların xüsusi geyim və avadanlıqlar vasitəsilə həyata keçirdikləri xilasetmə işləri nəticəsində cansız cəsədlər aşkar edilib. Hadisə ilə bağlı araşdırma başlansa da, ölümün dəqiq səbəbləri yarılma nəticəsində məlum olacaq.
Məlum olub ki, şəxslər ərazidə xəzinə axtarırmış.