Kolumbiyada silahla vurulduğu aşkarlanan 6 nəfərin cəsədi tapılıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Kolumbiya mətbuatında yer alan xəbərə görə, ölkənin Antiqva inzibati bölgəsindəki Kabeceras kəndində cəsədlər aşkar edilib.
Hadisə yerinə gələn polislər 6 nəfərin tapança ilə öldürüldüyünü aşkarlayıblar.
Bölgədə torpaqların becərilməsi ilə məşğul olan bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, hücumu həyata keçirənlər avtomobil və motosikletlə ərazidən qaçıblar.
Şübhəlilərin tapılması üçün əməliyyat başladılıb.
Mikayıl