AZ

Şuşada 6 nəfərin yanaraq öldüyü dəhşətli yol qəzası ilə bağlı məhkəmə başlayır

Şuşada 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 4-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2023-cü il noyabrın 4-də qeydə alınıb. Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil Şuşanın Daşaltı kəndində idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Qəza nəticəsində ağır xəsarətlər alan sürücü Elvin Abbasov isə 5 gün sonra - noyabrın 9-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Şəbnəm Mehdizadə

Seçilən
218
28
e-huquq.az

10Mənbələr